Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək

Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək.
ASK
20 Fevral , 2024 15:23
Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək
Mehman İsmayılov

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək.

"Report" xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan bir illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur:

"Banklar öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcək və kreditin faizini qismən dövlət qarşılayacaq. Bu layihə ilə bağlı şərtlər rəy üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda layihənin təsdiq prosesi tamamlandıqdan sonra şərtlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi