Azərbaycanda buğda istehsalı 1%, arpa istehsalı 12% artıb

Azərbaycanda buğda istehsalı 1%, arpa istehsalı 12% artıb 2021-ci ildə Azərbaycanda 1,885 milyon ton burğa, 1,147 milyon ton arpa istehsal olunub.
ASK
18 Yanvar , 2022 17:02
Azərbaycanda buğda istehsalı 1%, arpa istehsalı 12% artıb

2021-ci ildə Azərbaycanda 1,885 milyon ton buğda, 1,147 milyon ton arpa istehsal olunub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 0,9%12,4% çoxdur.

Ötən il ölkədə 572 min hektar sahədən buğda, 374 min hektar sahədən isə arpa yığılıb. Orta məhsuldarlıq müvafiq olaraq 32,9 sentner və 30,7 sentner təşkil edib. Bunlar isə əvvəlki ilə nisbətən 1,2 sentner və 1,1 sentner çoxdur.

Son xəbərlər

Orphus sistemi