Yuxarı

​Azərbaycan araq istehsalını 15% azaldıb

Bununla yanaşı, şərab və konyak istehsalı əhəmiyyətli şəkildə artırılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda əksər spirtli içkilərin istehsalında müsbət dinamika müşahidə edilib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, şampan şərabı, araq və likör istehsalında isə əksinə azalma müşahidə olunub.

Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə şampan şərablarının istehsalı 49,6% azalaraq 7,1 min dekalitr, likör - 53,2% azalaraq 78,3 min dkl, arağın həcmi isə 14,8% azalaraq 577,6 min dkl olub. Hazırda 3,7 min dkl şampan şərabı, 75,6 min dkl likör və 35,4 min dkl araq ehtiyatı var.

Bununla yanaşı, illik müqayisədə üzüm şərabının istehsal həcmi 38,2% artaraq 937,7 min dkl, əmtəəlik üzüm şərabının həcmi 39,5% artaraq 896,2 min dkl, konyak məhsullarının həcmi 54,5% artaraq 163,5 min dkl, pivənin həcmi isə 0,3% artaraq 5 180,8 min dkl olub. Hazırda müəssisələrdə 813,5 min dkl üzüm, həmçinin eyni həcmdə əmtəəlik üzüm şərabı, 28,5 min dkl konyak və 229,4 min dkl pivə ehtiyatı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi