Azərbaycanda aqrar sektor böyüyür

Azərbaycanda aqrar sektor böyüyür Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 milyard 391 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
ASK
12 Avqust , 2022 11:38
Azərbaycanda aqrar sektor böyüyür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 milyard 391 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % çoxdur.

Son 7 ayda ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 3,4 % artaraq 3479,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 2,7 % artaraq 2 milyard 911,5 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi