Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 418,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
15 Oktyabr , 2024 15:48
Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 418,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,3 % artaraq 5 milyard 537,3 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4% artaraq 4 milyard 881,2 milyon manat olub.

Bu il oktyabrın 1-nə qədər qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 134 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,1 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 712,9 min ton və yaxud 1,1 % çox tərəvəz, 892,3 min ton və yaxud 9,1 % az kartof, 794,4 min ton və yaxud 0,9 % çox meyvə və giləmeyvə, 490 min ton və yaxud 12 % çox bostan məhsulları, 170,9 min ton və yaxud 6,3 % az üzüm, 86,1 min ton və yaxud 80,6 % çox şəkər çuğunduru, 29,9 min ton və yaxud 12,4 % çox günəbaxan, 19,7 min ton və yaxud 38,1 % çox pambıq, 4,1 min ton və yaxud 43,1 % çox tütün, 997,5 ton və yaxud 3,7 % çox yaşıl çay yarpağı yığılıb.

9 ay ərzində diri çəkidə 429 min ton ət, 1 milyon 694,2 min ton süd, 1 milyon 755,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1 %, süd istehsalı 0,7 %, yumurta istehsalı 5,6 % artıb, yun istehsalı 1,9 %, barama istehsalı 32,9 % azalıb.

Son xəbərlər

Orphus sistemi