Azərbaycan aqrar ixracın illik dəyərini 2 milyard dollara çatdırmaq istəyir
- 04 iyun, 2026
- 10:57
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının mövcud 1,5 milyard ABŞ dollarından 2030-cu ilə qədər 2 milyard ABŞ dollarına qədər artırmaq hədəflənir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ixrac artımı təkcə həcm və dəyər ifadəsində deyil: "Belə ki, ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində də dəstəkləyici tədbirlər həyata keçiriləcək. Dövlət Proqramında fundamental tədbirlər bitkiçilik və heyvandarlıq sahəsi ilə bağlıdır. Ümumilikdə sahəvi istehsallar və məhsuldarlığın artımına nail olmaq üçün tələb olunan xidmətlərin əlçatanlığı ilə əlaqədardır".