Azərbaycan Voronejdən yem və yem əlavələrinin idxalını artırıb
- 10 avqust, 2022
- 10:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə idarəsi, bu ilin 7 ayında Voronejdən ümumi çəkisi 160 min tondan çox olan 4 829 partiya heyvandarlıq məhsullarının ixracına nəzarət edib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, ixracın böyük hissəsini yem və yem əlavələri (günəbaxan unu, soya unu, yem əlavələri və s.) təşkil edib. Belə ki, Avropa İttifaqı ölkələri- Latviya, Fransa, Çexiya ilə yanaşı Azərbaycan, Böyük Britaniya və Ukraynaya 147 min tondan çox məhsul göndərilib. Ötən illə müqayisədə yem və yem əlavələrinin ixracı 28 % artıb.
Həmçinin Gürcüstan, Azərbaycan, Çin, Tacikistan, Ukrayna, Türkmənistan və bir sıra digər ölkələr ümumi çəkisi 8 min tondan çox olan süd məhsulları (süd, yağ, qatıq və s.) ixrac edilib.
Eyni zamanda 4 min tondan çox ət məhsulları da satılıb. Quş əti əsasən Azərbaycana, mal əti isə Çinə göndərilib.
Yanvar-iyul aylarında Voronejdən hazır ərzaq məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 % artıb. Belə ki, bu dövrdə idxalçı ölkələr 2 min tondan çox hazır məhsul alıb. Azərbaycan, Tacikistan, Gürcüstan və digər ölkələrə kolbasa və kolbasa məmulatları, balıq konservləri göndərilib, Polşa isə bal alıcısı olub.