Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 3 % artırıb
- 08 iyul, 2023
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 74,857 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 7,811 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,1 % azdır.
6 ayda Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarının ixracının ümumi dəyəri illik müqayisədə 2,1 % artaraq 5,511 milyard ABŞ dollarına, iyun ayında isə 21,4 % artaraq 0,782 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 086,639 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Təkcə iyun ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 172,388 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,1 % azdır.