Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Gülüstan əyaləti arasında işçi qrupu yaradılacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Gülüstan əyaləti arasında işçi qrupu yaradılacaq Bununla bağlı tərəflər arasında razılıq əldə edilib
ASK
7 Dekabr , 2016 20:17
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə İranın Gülüstan əyaləti arasında işçi qrupu yaradılacaq

Bakı. 7 dekabr. REPORT.AZ/ İranın Gülüstan əyalətinin başçısı Həsən Sadıqlının rəhbərlik etdiyi 30 sahibkardan ibarət nümayəndə heyəti Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb.

"Report"un verdiyi xəbərə görə, Azərbaycan-İran ticarət əlaqələrinin inkişafı üçün ölkədə böyük potensial olduğunu deyən M.Musayev mütəmadi olaraq iki ölkənin iş adamlarının birgə görüşlərinin keçirilməsini məqsədəuyğun hesab edib.

H.Sadıqlı bildirib ki, ilk dəfədir Azərbaycana səfərə gəlir və görüşlər iki ölkənin özəl sektorunun inkişafı baxımından əhəmiyyətli olacaq. O, Azərbaycan - İran hökumətlərarası əlaqələrindən razılığını dilə gətirib: "Gülüstan əyaləti də nəinki siyasi, mədəni, o cümlədən iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsində olduqca maraqlıdır."

Azərbaycan-İran arasında 1,5 mlrd. dollar ticarət dövriyyəsi olduğunu, bu rəqəmin gələcəkdə daha da artırılması üçün yeni əməkdaşlıq imkanları qurmaq niyyətində olduqları da görüşdə diqqətə çatdırılıb. H. Sadıqlı deyib ki, Gülüstan əyalətində 90 növ məhsul istehsal olunur, 7 iqlim qurşağının hakim olduğu Gülüstan əyaləti əsasən kənd təsərrüfatı məhsulları, sənayesi ilə məşhurdur. Həmçinin il ərzində 1 mln. 500 min ton taxıl istehsal olunur.

Gülüstan əyalətinin ticarət palatasının sədri Ramazan Bahrami Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi başda olmaqla, ASK-nın üzvü olan sahibkarları Gülüstan əyalətinə qarşılıqlı əməkdaşlıq yaratmağa dəvət edib.

Görüşün sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Gülüstan əyaləti arasında işçi qrupunu yaradılması ilə bağlı razılıq əldə edilib. Bildirilib ki, bundan sonra Gülüstan əyalətində fəaliyyət göstərən iş adamları ilə azərbaycanlı həmkarları arasında daha intensiv iş aparılacaq.

Son xəbərlər

Orphus sistemi