Azərbaycan Rusiyaya pomidor ixracını 8% artırıb

Azərbaycan Rusiyaya pomidor ixracını 8% artırıb Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 25,5 mln. ABŞ dolları dəyərində 21,3 min ton pomidor ixrac edib.
ASK
5 İyun , 2019 17:38
Azərbaycan Rusiyaya pomidor ixracını 8% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 25,5 mln. ABŞ dolları dəyərində 21,3 min ton pomidor ixrac edib. 

“Report”un "İnterfax"a istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.

Hesabat dövründə Azərbaycandan ixrac edilən pomidorun 99,7%-i qonşu ölkənin payına düşüb. 

Ötən il isə Azərbaycan 172 min ton pomidor ixrac edib ki, bunun da 170 min tonu, yaxud 98,8%-i Rusiyaya göndərilib. 

Son xəbərlər

Orphus sistemi