Bu barədə “Report”a şirkətin direktoru Leyla Məmmədova məlumat verib.
O xatırladıb ki, ötən il sentyabrın 27-də baş tutmuş IX Azərbaycan-Rusiya Regionlararası Forumu zamanı rəhbərlik etdiyi şirkət Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki “Aqroeksport” şirkəti ilə gələcək əməkdaşlıqla bağlı memorandum imzalanıb: “Həmin sənədə əsasən, orqanik qida istehsalı ilə bağlı danışıqlar aparırıq. Bu sahədə Azərbaycanda müxtəlif tədbirlər və Rusiyaya səfərlər həyata keçirəcəyik. Orqanik qida istehsalı ilə bağlı rusiyalı mütəxəssislərin iştirakı ilə birgə təlimlərin təşkil olunması nəzərdə tutulub. Məqsəd iki ölkənin iş adamları və fermerləri arasında əməkdaşlığın qurulmasıdır".