Azərbaycan kənd təsərrüfatında interaktiv informasiya sistemi hazırlayır

Azərbaycan kənd təsərrüfatında interaktiv informasiya sistemi hazırlayır Layihənin 2017-ci ildə hazır olacağı gözlənilir
ASK
19 Dekabr , 2016 11:19
Azərbaycan kənd təsərrüfatında interaktiv informasiya sistemi hazırlayır

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatının interaktiv regional informasiya sistemi hazırlanır. Bunu "Report"a açıqlamasında "Neuron Technologies" şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov bildirib.

"Bu mühüm layihə Azərbaycanın kənd təsərrüfatının böyük potensialını nümayiş etdirməyə imkan verəcək. Ölkədə kənd təsərrüfatı sahəsində xeyli iş görülüb. Məsələn, coğrafi informasiya sistemi, məlumat bazası və s. yaradılıb. Lakin bunlar ayrı-ayrılıqda mövcuddur. Yeni interaktiv xəritə isə kənd təsərrüfatına dair məlumatları vahid bazada birləşdirəcək", - deyə İ.Ələkbərov əlavə edib.

Qeyd edək ki, yeni interaktiv regional xəritə Azərbaycanın istənilən rayonunda fəaliyyət göstərən fermer barədə ətraflı məlumat əldə etməyə şərait yaradacaq. Bu məlumat platforması Azərbaycanın kənd təsərrüfatının potensialını, gündəlik dinamik inkişafını vizual olaraq izləməyə imkan verəcək.

Layihənin 2017-ci ildə hazır olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi