Azərbaycan Hindistana alma ixracına başlayıb

ASK
  • 01 mart, 2024
  • 03:59
Azərbaycan Hindistana alma ixracına başlayıb

Ötən il Azərbaycan 57,25 milyon ABŞ dolları dəyərində 91 min 229 ton alma ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 51,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,1 % çoxdur) 79 min 548 ton (+3 %), Qazaxıstana 2,8 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 7 min 228 ton (+87 %), Özbəkistana 966 min ABŞ dolları dəyərində (+81 dəfə) 1 min 483 ton (+78 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 861 min ABŞ dolları dəyərində (+6 dəfə) 1 min 455 ton (+8 dəfə), İrana 269 min ABŞ dolları dəyərində (+3 dəfə) 628 ton (+93 %) alma satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistana (39,2 min ABŞ dolları dəyərində 98,1 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (15 ölkəyə) ixrac edilmiş 82,3 min ton almanın 93,7 %-i Rusiyanın payına düşüb.