Azərbaycan gələn il fermerlərin güzəştli kreditləşməsini davam etdirəcək

Azərbaycan gələn il fermerlərin güzəştli kreditləşməsini davam etdirəcək "Aqrolizinq"ə 32 mln. manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 5 mln. manat ayrılacaq
ASK
15 Sentyabr , 2015 11:53
Azərbaycan gələn il fermerlərin güzəştli kreditləşməsini davam etdirəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanda iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən iribuynuzlu cins damazlıq heyvanlarının ölkəyə gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı 2016-cı ildə də davam etdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Növbəti ilin dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə 32,0 mln. manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi