Azərbaycan daha iki ölkədən günəbaxan toxumu idxal etməyə başlayıb

ASK
  • 25 dekabr, 2023
  • 09:30
Azərbaycan daha iki ölkədən günəbaxan toxumu idxal etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,5 milyon ABŞ dolları dəyərində 3 min 895 ton günəbaxan toxumu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 36 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 % çoxdur) 1 min 517 ton (-7 %), Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (+18 %) 1 min ton (+1,1 %), Rusiyadan 806 min ABŞ dolları dəyərində (+18 dəfə) 1 min ton (+26 dəfə), Qazaxıstandan 343 min ABŞ dolları dəyərində 171 ton (bir il əvvəl tədarük olmayıb), Misirdən 55,2 min ABŞ dolları dəyərində 38,1 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Misirdən tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti