Azərbaycan buğda idxalına çəkdiyi xərci 65% artırıb

Azərbaycan buğda idxalına çəkdiyi xərci 65% artırıb Bu ilin yanvar-mart aylarında Azərbaycan 91,131 mln. ABŞ dolları dəyərində 405,802 min ton buğda idxal edib.
ASK
18 Aprel , 2019 15:51
Azərbaycan buğda idxalına çəkdiyi xərci 65% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91,131 mln. ABŞ dolları dəyərində 405,802 min ton buğda idxal edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,91 mln. dollar (65%) və 89,67 min ton (28,4%) çoxdur. 

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,9%-ni təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.

Son xəbərlər

Orphus sistemi