Azərbaycan arısının təmiz genetik xəttinin tapılması üçün Türkiyədə bioloji analizləri aparılıb

Azərbaycan arısının təmiz genetik xəttinin tapılması üçün Türkiyədə bioloji analizləri aparılıb Arı ailələri ana yetişdiriciliyi yolu ilə təmizqanlı genetik material kimi istifadə ediləcək
ASK
8 İyun , 2016 20:37
Azərbaycan arısının təmiz genetik xəttinin tapılması üçün Türkiyədə bioloji analizləri aparılıb

Bakı. 8 iyun. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsi çərçivəsində respublikada ilk dəfə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzində və Qax rayonunda genofond arıxanaları yaradılmağa başlanıb. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, bunun üçün layihənin köməyi ilə mütəxəssis hazırlığı aparılıb və genofond arıxanası kimi fəaliyyət göstərəcək təşkilatlar zəruri avadanlıqla təchiz edilib. 

Ölkədə rayonlaşmış və uzun illər saxlanılan Boz dağ Qafqaz arı cinsinin təmiz genetik xəttinin tapılması üçün respublikanın müxtəlif rayonlarından arı nümunələri götürülərək Türkiyədə bioloji analizlər aparılıb və cinsin əlamətlərini özündə daha çox saxlamış arı ailələri hər iki genofond arıxanasına gətirilib. Bu arı ailələri ana yetişdiriciliyi yolu ilə təmizqanlı genetik material kimi istifadə ediləcək.

Hazırda layihə çərçivəsində cəlb edilmiş beynəlxalq məsləhətçilərin köməyi ilə arıçılara seleksiya- damazlıq işlərinin aparılması, ana arı yetişdiriciliyi, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yolları praktik treninq vasitəsilə öyrədilir. Treninq iştirakçıları əvvəlcə praktik olaraq ana arıların və pətəyin müayinəsi, arı ailəsinin damazlıq keyfiyyətinin təyin edilməsi, nəsil izlənməsinin qeydiyyatının aparılması və s. üsulları ilə tanış olublar.

Qeyd edilən məsələlər üzrə təlim materiallarının hazırlanması və respublikanın digər arıçılarına çatdırılması məsələləri barədə müzakirə aparılıb. 

Son xəbərlər

Orphus sistemi