Azad edilmiş əkin sahələrində tapılmış mina-hərbi sursatların sayı açıqlanıb

Azad edilmiş əkin sahələrində tapılmış mina-hərbi sursatların sayı açıqlanıb 119 ədəd müxtəlif çaplı patronlar aşkar edilib
ASK
9 Mart , 2021 15:03
Azad edilmiş əkin sahələrində tapılmış mina-hərbi sursatların sayı açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı həyata keçirilib.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, 2020-ci ilin 15 dekabr tarixindən başlamış əməliyyat-axtarış tədbirləri zamanı 326 hektar ərazi yoxlanılıb, 24 ədəd partlamamış hərbi sursat, 5 ədəd bombacıq və 119 ədəd müxtəlif çaplı patronlar aşkar edilib.

Son xəbərlər

Orphus sistemi