Astarada azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib

Astarada azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını Şəki, Oğuz, Göyçay, Sabirabad və İsmayilli rayonlarının ardınca martın 9-da Astara rayonunun Kijəbə qəsəbəsində həyata keçirib.
ASK
11 Mart , 2019 12:37
Astarada azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçirilib
agro.gov.az
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını Şəki, Oğuz, Göyçay, Sabirabad və İsmayilli rayonlarının ardınca martın 9-da Astara rayonunun Kijəbə qəsəbəsində həyata keçirib.

Bu barədə “Report”a nazirlikdən bildirilib. 

Məlumata görə, vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.

Astara rayonunda keçirilən səyyar satış zamanı Kijəbə və ətraf 12 kənd üzrə 102 vətəndaş müraciət edərək onlardan 72 vətəndaş səyyar satışdan güzəştli şərtlərə gübrə əldə edib. Astarada keçirilən səyyat satışda 16,7 ton ammonium nitrat, 2,6 ton ammonium sulfat, 2,2 ton nitroammofoska gübrəsi satılıb.

Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri səyyar satışdan yararlana bilib. Sabirabad rayonunda keçirilən səyyar satış zamanı Qəzli və ətraf 6 kənddən 70 vətəndaş müraciət edərək 46,4 ton ammonium nitrat gübrəsi alıb.

Son xəbərlər

Orphus sistemi