Astara çayı "Made in Azerbaijan" brendi altında xaricə ixrac ediləcək - FOTO

Astara çayı "Made in Azerbaijan" brendi altında xaricə ixrac ediləcək - FOTO İlkin mərhələdə Avropa və Ərəb ölkələri hazır məhsul sifariş edib
ASK
8 May , 2017 12:28
Astara çayı Made in Azerbaijan brendi altında xaricə ixrac ediləcək - FOTO
Report.az

Astara. 8 may. REPORT.AZ/ Astara çayı "Made in Azerbaijan" brendi altında xaricə ixrac edilmək üçün hazırdır.

"Report"un Cənub bürosunun məlumatına görə, bunu "Astaraçay" MMC-nin aqronomu İsrafil İsrafilov deyib. 

İ.İsrafilov bildirib ki, istehsal olunan məhsulun ilkin mərhələdə Avropa və Ərəb ölkələrinə ixracı nəzərdə tutulub: "Artıq 20 ton hazır  "Qara məxməri" sortu Qətər dövlətinə göndəriləcək. Bundan başqa, Almaniya ilkin mərhələdə eyni sortdan 5 ton sifariş edib".

Onun sözlərinə görə, istehsal prosesində daha yüksək keyfiyyət əldə etmək üçün Yaponiya və Hindistandan texnoloqlar və mütəxəssislər dəvət edilib. 

Qeyd edək ki, "Astaraçay" MMC-nin əkin sahəsi Lənkəran və Astara rayonları olmaqla 450 hektar ərazini əhatə edir. Ötən il buradan 103 ton məhsul yığılıb.

Son xəbərlər

Orphus sistemi