“Report” bu barədə səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il qurumun yığılmış zərəri 8% azalaraq 40,48 milyon manata düşüb.
2019-cu il yanvarın 1-nə “Aqrolizinq”in aktivləri 1 148,992 milyon manat olub ki, bu da illik müqayisədə 23,2% çoxdur. Bunun 734,46 milyon manatı və yaxud 63,9%-i debitor borclardır. 2018-ci ildə bu göstərici 30,3% böyüyüb.
Hesabat dövründə şirkətin öhdəlikləri 19% artaraq 469,856 milyon manata, balans kapitalı isə 26,4% artaraq 679,135 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrolizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 561,628 milyon manatdır.