Yuxarı

​“Aqrolizinq” fermerlərə daha 59 traktor verib

Bakı. 25 avqust.REPORT.AZ/  “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında yeni alınmış MTZ markalı mini traktorların t...

Bakı. 25 avqust.REPORT.AZ/ “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında yeni alınmış MTZ markalı mini traktorların təqdimat mərasimi keçirilib.

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərasimdə iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov fermer və sahibkarlar qarşısında çıxış edərək son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. H.Əsədov bildirib ki, yeni texnika fermerlərə 40%-li güzəştlə satılır. Bundan əlavə, torpaq sahiblərinə yardım etmək məqsədilə gübrələrin satışında da güzəştlər artırılaraq 50%-dən 70%-ə yüksəldilib.

Nazirlikdən bildirilib ki, bu ilin yay mövsümünün isti və quraq keçməsi, əkin sahələrinin ziyanvericilərdən qorunması, eləcə də mal-qara arasında xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Gəncə Avtomobil Zavodu və Belarus Avtomobil Zavodunun birgə istehsal etdiyi 59 ədəd MTZ traktorunun sənədləri artıq sahibkarlara təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi