“Azərbaycanda aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib”.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri
“Son illər Prezident
Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəmiyyəti böyükdür.
Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcək. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”, - deyə nazir qeyd edib.