Aqrar Kredit və İnkişaf Agentliyi növbəti il üçün hədəflərini açıqlayıb

Aqrar Kredit və İnkişaf Agentliyi növbəti il üçün hədəflərini açıqlayıb Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2020-ci ildə kredit portfelinin həcmini açıqlayıb.
ASK
26 Dekabr , 2019 13:13
Aqrar Kredit və İnkişaf Agentliyi növbəti il üçün hədəflərini açıqlayıb

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2020-ci ildə kredit portfelinin həcmini açıqlayıb.

Bu barədə "Report"a AKİA-nın sədri Mirzə Əliyev bildirib ki, növbəti il hədəfləri kredit portfelinin həcmini 150 milyon manata çatdırmaqdır.

Xatırladaq ki, bu il Aqrar Kredit və İnkişaf Agentliyi kredit portfelini 112 milyon manata çatdırıb. Bununla yanaşı, həmçinin bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub.

Qeyd edək ki, AKİA kreditləri illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün heyvanın dəyərinin 25%-i qədər ilkin ödəniş tələb edilir, dövlət 60% subsidiya (güzəşt) ayırır, qalan məbləği isə illik 7%-lə Bank kreditləşdirir. Sahibkarlar həmçinin 20% ilkin ödəniş etməklə, qalan 40%-i dövlətdən subsidiya kimi, ondan geriyə qalan məbləği isə bankdan faizsiz kredit almaqla kənd təsərrüfatı texnikası əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi