Aqrar Kredit və İnkişaf Agentliyi 2 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb

ASK
  • 18 mart, 2019
  • 13:55
Aqrar Kredit və İnkişaf Agentliyi 2 aylıq fəaliyyətinin nəticələrini açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi bu ilin yanvar-fevral aylarında, təqribən, 1,2 mln. manat güzəştli kredit verib, fermerlərə 3-4 mln. manatlıq kənd təsərrüfatı texnikası satıb. 

Bu barədə “Report”a Agentliyin sədri Mirzə Əliyev məlumat verib. 

"Kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan şəxslərə verilib. Dediyim məbləğ iki ay üçün böyük göstəricidir. Bundan başqa, 15 kombayn, 20 traktor, eyni zamanda traktor qoşquları, digər kənd təsərrüfatı təyinatlı texnika fermerlərə satılıb", - deyə o qeyd edib.