Ötən il Naxçıvanda 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb

Ötən il Naxçıvanda 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb.
ASK
23 Yanvar , 2019 04:18
Ötən il Naxçıvanda 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən il Naxçıvan Muxtar Respublikasında 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb.

"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib, “Ailə təsərrüfatı məhsulları” festivalında 418 növdə, 23 min 146 adda məhsulun satışı həyata keçirilib.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Ali Məclisin sədri Vasif Talıbov 2019-cu ili muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edib. Muxtar Respublika Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən ailə təsərrüfatı ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənəcək, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstəriləcək. 

Daha əvvəl məlum olub ki, görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib.

Son xəbərlər

Orphus sistemi