Yaxın 8 il inkişaf etməkdə olan ölkələr üçün çox çətin keçəcək

Yaxın 8 il inkişaf etməkdə olan ölkələr üçün çox çətin keçəcək Maliyyə vəsaitləri sabitliyin təmin edilməsi səbəbindən ABŞ-a axır
Analitika
7 İyul , 2017 20:04
Yaxın 8 il inkişaf etməkdə olan ölkələr üçün çox çətin keçəcək

Bakı. 7 iyul. REPORT.AZ/ İnkişaf etməkdə olan ölkələr və dünya iqtisadiyyatı üçün 2025-ci ilə qədər vəziyyət həddindən artıq çətin olacaq. 

"Report"un analitik qrupu bildirir ki, ABŞ, Avropa, Yaponiya kimi inkişaf etmiş bölgələrin Mərkəzi banklarının monetar ekspanisyaya son verməsi və hətta monetar sərtləşdirməyə başlaması dünyada likvidlik problemi yaradacaq. Artıq heç bir zaman dünyada son 15 ildə göründüyü kimi, ucuz faizli maliyyələşdirmə dövrü olmayacaq. Çox təssüf ki, inkişaf etməkdə olan ölkələr bu dövrdə ucuz maliyyə vəsaitlərindən istifadə edərək iqtisadi nailiyyətlərə nail ola bilməyiblər. Əksinə, onlar yüksək miqdarda xarici valyutada borc yığaraq öz maliyyə vəziyyətlərini daha da pisləşdiriblər. Alınan borclar isə investisiyalar yerinə əsasən istehlakın maliyyələşdirilməsinə yönəlib.

İndi isə dövr dəyişib. Yaxın 8 ildə inkişaf etmiş ölkələrin iqtisadiyyatları sürətli inkişafda olacaq, inkişaf etməkdə olan ölkələr isə borclarının ödənilməsi ilə məşğul olaraq iqtisadi geriləmə yaşayacaqlar. Əmtəə qiymətlərinin ucuzlaşması xammalla zəngin ölkələrdə maliyyə problemləri yaratmağa davam edəcək. Proses ABŞ-da uçot dərəcəsinin 5-7% diapazonuna çatana qədər davam edəcək. 

Xatırladaq ki, ABŞ iqtisadiyyatı hazırda sürətlə inkişaf edir. Buna səbəb dünyanın müxtəlif ölkələrindən maliyyə vəsaitlərinin sabit şərait axtarışı səbəbindən ABŞ-a axmasıdır. Bu axın ABŞ-da işsiziyin azalmasına, yeni iş yerlərinin açılmasına, iqtisadi inkişafın sürətlənməsinə gətirib çıxarır. Nəticədə inflyasiya sürətlənir və ABŞ uçot dərəcəsini artırmağa məcbur qalır. İnkişaf etməkdə olan ölkələrdə isə çeşidli problemlər və investisiya mühitinin zəif olması səbəbindən maliyyə axını baş verir və böhran daha da dərinləşir. 

Son xəbərlər

Orphus sistemi