Rusiya və Qərbin mürəkkəb münasibətləri Xəzərin statusunun müəyyənləşdirilməsi prosesini çətinləşdirir - ŞƏRH

Rusiya və Qərbin mürəkkəb münasibətləri Xəzərin statusunun müəyyənləşdirilməsi prosesini çətinləşdirir - ŞƏRH "Rusiya və İran üçün Xəzər regionunda lider vəziyyətində olmaq çox vacibdir"
Analitika
4 Mart , 2015 17:02
Rusiya və Qərbin mürəkkəb münasibətləri Xəzərin statusunun müəyyənləşdirilməsi prosesini çətinləşdirir - ŞƏRH

Bakı. 4 mart. REPORT.AZ/ "Son zamanlar Xəzər dənizinin hüququ statusunun müəyyən edilməsi ilə bağlı vəziyyət Rusiya və Qərbin münasibətlərinin dəyişməsi, Çinin Xəzər regionuna artan marağı, Yaxın Şərq və Əfqanıstan tərəfindən artan təhlükə ilə əlaqədar olaraq mürəkkəbləşir". Bu barədə "Report"a Orta Şərq və Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev Xəzərin hüquqi statusu haqqında məsələnin həlli perspektivlərini şərh edərkən bildirib. 

Ekspert vurğulayıb ki, münasibətlərin hazırkı vəziyyətində həm qlobal formatda, həm də regional səviyyədə hələlik nikbin perspektiv görmür. 

Politoloqun sözlərinə görə, bütün Xəzəryanı ölkələrin maraqlarına cavab verəcək razılaşmanın qəbul edilməsi üçün həm "Xəzər beşliyi" çərçivəsində, həm də xarici maraqların nəzərə alınması baxımından bir çox mövqelərin əsaslı şəkildə dəyişməsi tələb olunur. 

Aleksandr Knyazev qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında razılaşmanın qəbul edilməsi tərəflərin Xəzər hövzəsinin ümumi maraqlar çərçivəsində necə istifadə olunacağına dair fərqli yanaşmalar səbəbindən ləngiyir. 

"Rusiya və İran üçün Xəzər regionunda lider vəziyyətində olmaq çox vacibdir, ilk növbədə də təhlükəsizlik baxımından. Azərbaycan və Türkmənistan üçün enerji ehtiyatlarının hasilatı ilə bağlı iqtisadi maraqlar üstünlük təşkil edir. Qazaxıstan orta mövqe tutur. Bunların üzərinə xarici qüvvələrin, xüsusilə də ABŞ-ın maraqları da əlavə olunur", - A.Knyazev bildirib. 

O, Xəzəri maraqların toqquşduğu mürəkkəb bir kələf adlandırıb. 

Öz növbəsində Qazaxıstanın birinci prezidentinin Kitabxanasının Geosiyasət və Regional Tədqiqatlar üzrə Xidmətinin Mərkəzi Asiya və Xəzər regionunun tədqiqi şöbəsinin rəhbəri Daniyar Kosnazarov Xəzər regionuna marağın artmasını vurğulayıb. Bu maraq həm iqtisadi mənfəətə, həm də Qərb və Rusiyanın qarşıdurması fonunda geosiyasi məqamlara əsaslanıb. 

Onun sözlərinə görə, Xəzər dənizi bu gün bütün 5 Xəzəryanı dövləti dolandırır və onlardan heç biri Xəzər dənizi sayəsində əldə olunan və neftin qiymətinin aşağı düşməsi fonunda belə azalan gəlirlərdən imtina etmir. 

"Məhz geosiyasət və enerji bazarlarında, ilk növbədə də Avropadakı bazarlarda mövqelərini möhkəmlətmək arzusu məsələnin həlli üçün əhəmiyyətli maneə törədə bilər. Həştərxandakı sammit istənilən halda müsbət nəticələr verib və Astanada sammitin keçirilməsi üçün zəmin yaradıb. Bəzi siyasətçilər Qazaxıstandakı görüşlə bağlı nikbin fikirlərini söyləyiblər. Və əlbəttə ki, konsensus əsasında müsbət nəticələr Xəzəryanı dövlətlər arasında xüsusi prinsipial  fikir ayrılığının olmamasını nümayiş etdirə bilər. Bu da hazırda dünyadakı geosiyasi vəziyyətdə olduqca vacibdir", - şöbənin rəhbəri bildirib. 

Son xəbərlər

Orphus sistemi