Türkiyəli ekspert: “Türkiyə və Azərbaycan regionda söz sahibi ola biləcək” - VİDEO

Türkiyəli ekspert: “Türkiyə və Azərbaycan regionda söz sahibi ola biləcək” - VİDEO Bakı. 25 oktyabr. REPORT.AZ/ STAR Neft Emalı Zavodu Türkiyə üçün çox önəmlidir.
Analitika
25 Oktyabr , 2018 09:30
Türkiyəli ekspert: “Türkiyə və Azərbaycan regionda söz sahibi ola biləcək” - VİDEO
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "STAR Neft Emalı Zavodu Türkiyə üçün çox önəmlidir".

Bunu “Report”a açıqlamasında Türkiyənin “Habertürk” qəzetinin maliyyə redaktoru Rahim Ak bildirib.

“Biz illərdir ki, Türkiyənin real sektoruna belə iri həcmli sərmayələr görmürdük. Bu yatırımları SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) həyata keçirir və bizi son dərəcə xoşbəxt edir. Yatırımların deyilən vaxtda yekunlaşması SOCAR-ın, dolayısı ilə Azərbaycan dövlətinin Türkiyədəki yatırımlarına nə qədər önəm verdiyini ortaya qoyur. Biz bunun üçün çox xoşbəxtik”, - o qeyd edib. 

R.Akın sözlərinə görə, bu zavod Azərbaycan və Türkiyənin regionda söz sahibinə çevrilmək məqsədlərinin olduğunu göstərir: "Bu, regionda söz sahibi olmaq üçün önəmli investisiyalardır. Bu investisiyalar qısa müddətdə bəhrəsini verir”.

O qeyd edib ki, bu günlərdə fəaliyyətə başlayan zavod Türkiyənin enerji idxalının dəyərini ildə 1,5 mlrd. ABŞ dolları azaldacaq: “Bu, Türkiyənin enerji xərclərinin 1,5 mlrd. dollar azalması deməkdir. Ümumiyyətlə, SOCAR-ın yatırımlarına baxıldıqda, sözügedən göstərici təqribən 5 mlrd. dollar yaxındır ki, bu da ümumi enerji xərclərinin yarısına bərabərdir. Türkiyənin ən çox ehtiyac duyduğu sahələrdə SOCAR-ın bu fəaliyyəti və yatırımları tarixi bağlılıqdan irəli gəlir. Bu bağlılığın sayəsində qurulan əlaqələr bu yatırımları formalaşdırır, onların həyata keçirilməsini təmin edir”.

Ekspertin sözlərinə görə, SOCAR-ın bu yatırımlarına sıradan bir yatırım kimi baxmaq olmaz: “Bu yatırımlar türk xalqının məşğulluğunu, istehsalını təmin edəcək və Türkiyənin xaricə bağlılığının qarşısını alacaq. STAR Neft Emalı Zavodunun inşasının bu qədər qısa zamanda yekunlaşması, sonra da istehsala başlanması göstərir ki, bundan sonra da Azərbaycan investisiyalarını sürətlə davam etdirəcək. Bu əlaqələrin daha da genişlənəcəyini, yatırımların dəfələrlə artaraq 20 mlrd. dollardan 100 mlrd. dollara çatacağını, siyasi baxımdan regionda söz sahibi olmağa imkan verəcək mərhələyə keçəcəyini düşünürəm”.

Türkiyəli mütəxəssis ümid edir ki, SOCAR-ın bu yatırımları həm də ölkədən xaricə daha az valyutanın çıxması deməkdir: "SOCAR-ın İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirdiyi layihələr bir-birini tamamlayan və bir-birinin xərclərini azaldan layihələrdir. Bunlara Türkiyənin enerji habına çevrilməsinin başlanğıcı kimi də görə bilərik”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi