Bakı. 9 oktyabr. REPORT.AZ/ "Neft qiymətlərinin hazırkı yüksək volatilliyi və qeyri-sabitliyi daha çox qeyri-müəyyənlikdən irəli gəlir".
Bunu “Report”a Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti, Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu deyib.
Onun fikrincə, neftin tədarükünə, habelə tələbata təsir göstərən yan amillərə görə yaranan qeyri-müəyyənlik neft qiymətlərinin volatilliyinə də təsir göstərir.
“ABŞ ilə Çin arasında ticarət müharibəsinin şiddətlənməsi tələbat artımı ilə bağlı gözləntiləri zəiflədir. Hətta OPEC 2019-cu il üçün dünya üzrə neft tələbatının artımı ilə bağlı proqnozunu aşağı salıb. Hazırda İrana qarşı sanksiyalar səbəbindən neft tədarükü təzyiqə məruz qalır. Bu isə 2014-cü ildəki kəskin tənəzzüldən sonra neft investisiyalarının daha əlverişli vaxtlaradək təxirə salındığı bir vaxtda baş verdi” , - deyə ekspert qeyd edib.
G.Kumbaroğlu bu yaxınlarda Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan OPEC daxilində malik olduqları ən iri, gündəlik 1,3 milyon barellik ehtiyatları hesabına İran neftinin azalan tədarükünün müəyyən qədər əvəzlənə biləcəyini vurğulayıb: “Buna baxmayaraq, belə bir məqamda ehtiyatlar çox gərgin vəziyyətdə qalır. Üstəlik, geosiyasi risklər də tədarük edən tərəfi əlavə təzyiq altına salır, o cümlədən Suriya ilə İraqdakı vəziyyət də burada müəyyən rol oynaya bilər”.
Neft bazarına dair qısamüddətli proqnoz daha çox geosiyasi qərarlardan asılı olsa da, bazarın özü üçün mühüm uzunmüddətli nəticələrə malikdir. Neft tədarükü və tələbatla, həmçinin xam neft ehtiyatları və əlavə hasilat imkanları ilə bağlı qeyri-müəyyənliyin aradan qalxmasından sonra qiymətlər sabitləşəcək. Mənim fikrimcə, üçrəqəmli qiymət gözləntiləri reallıqdan uzaqdır və qiymətlər ikirəqəmli səviyyədə bərqərar olacaq
Gürkan KumbaroğluПреподаватель Босфорского университета, профессор Гюркан Кумбароглу
Qiymətlərin sabitləşməsinə toxunan ekspert hazırkı neft qiymətlərinin qısa müddət ərzində xeyli artdıqdan sonra tələbat artımını sual altına qoyduğu üçün uzunmüddətli perspektivdə kəskin azala biləcəyini vurğulayıb.
“Neft bazarına dair qısamüddətli proqnoz daha çox geosiyasi qərarlardan asılı olsa da, bazarın özü üçün mühüm uzunmüddətli nəticələrə malikdir. Neft tədarükü və tələbatla, həmçinin xam neft ehtiyatları və əlavə hasilat imkanları ilə bağlı qeyri-müəyyənliyin aradan qalxmasından sonra qiymətlər sabitləşəcək. Mənim fikrimcə, üçrəqəmli qiymət gözləntiləri reallıqdan uzaqdır və qiymətlər ikirəqəmli səviyyədə bərqərar olacaq”, - G.Kumbaroğlu qeyd edib.