Rusiyalı politoloq: "Sarqsyanın Cenevrədə erməni diasporu ilə görüşdə dedikləri onun prezident postundan gedişi ilə bağlıdır" - RƏY

Rusiyalı politoloq: "Sarqsyanın Cenevrədə erməni diasporu ilə görüşdə dedikləri onun prezident postundan gedişi ilə bağlıdır" - RƏY "Ermənistanda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, prezident vəzifəsi artıq əvvəlki çəkiyə malik olmayacaq"
Analitika
17 Oktyabr , 2017 16:45
Rusiyalı politoloq: Sarqsyanın Cenevrədə erməni diasporu ilə görüşdə dedikləri onun prezident postundan gedişi ilə bağlıdır - RƏY

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündəki ab-hava seçki dövrünün yaxınlışması və Ermənistanda prezident səlahiyyətlərinin azaldılması ilə bağlıdır".

Bunu "Report"a rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının İqtisaqiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev prezidentlərin dünən Cenevrədə keçirilən görüşünün yekunlarını şərh edərkən bildirib.

Politoloq bildirib ki, Serj Sarqsyanın Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporu üçün verdiyi açıqlamalar onun prezident postundan gedişi ilə bağlıdır.

"Ermənistanda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, prezident vəzifəsi artıq əvvəlki çəkiyə malik olmayacaq. Həmçinin onun şəxsi perspektivləri prezidentliklə bağlı olmaya da bilər", - A.Karavayev qeyd edib.

Analitik mərkəzinin nümayəndəsi vurğulayıb ki, dövlət başçılarının indiki şəraitdə görüşü, seçkilərlə əlaqədar danışıqlar prosesində yarana biləcək fasiləni nəzərə almaqla, gələcək görüşlər üçün gündəm yaratmaq niyyəti ilə bağlı ola bilər.

"Onlar müəyyən yolla gələcək görüşlərin gündəmini təyin edə bilərlər. Amma reallıq təəssüf ki, fərqlidir. Prosesin məntiqi axarı və üçüncü qüvvələrin, o cümlədən diasporun təsiri prezidentlərin belə görüşlərdə gələcək danışıqlar üçün müəyyən edə biləcəkləri məsələlərlə təzad təşkil edir", - A.Karavayev fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi