Rusiyalı ekspert: "Siyasətə yeni simaların gəlişi Azərbaycanın xeyrinə olacaq"

Rusiyalı ekspert: "Siyasətə yeni simaların gəlişi Azərbaycanın xeyrinə olacaq" Fikrimcə, sürətlə dəyişən dünyanın müasir reallıqlarında Azərbaycana ən azı regional səviyyədə rəhbər mövqelərini qorumaq üçün dövlət idarəçiliyində həmişəkindən daha çox keyfiyyətli islahatlar lazımdır.
Analitika
8 Oktyabr , 2019 17:04
Rusiyalı ekspert: Siyasətə yeni simaların gəlişi Azərbaycanın xeyrinə olacaq

"Fikrimcə, sürətlə dəyişən dünyanın müasir reallıqlarında Azərbaycana ən azı regional səviyyədə rəhbər mövqelərini qorumaq üçün dövlət idarəçiliyində həmişəkindən daha çox keyfiyyətli islahatlar lazımdır".

"Report" xəbər verir ki, bunu rusiyalı ekspert Yevgeni Mixaylov Əli Əsədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "köhnə qvardiya"nın əvəzinə gənclərin gəlməsi zərurətdir: "Bütün dünyada dövlətin daha rəqabətli olmasını təmin etmək məqsədilə hökumətin yüksək eşelonunda rotasiya baş verir".

Ekspert vurğulayıb ki, dəqiq kadr siyasəti nəticəsində hakimiyyətə dünya siyasətinə və iqtisadiyyatına tez uyğunlaşan hazır iqtisadçılar gələrsə, bu, Azərbaycan üçün ölkənin iqtisadi və siyasi çəkisinin artması baxımından güclü təkan olacaq.

Y.Mixaylovun sözlərinə görə, iqtisadiyyatla məşğul olan insanlar yalnız saymağı yox, həm də xarici siyasət böhranından effektiv çıxış yolları təklif etməyi bacarır.

"Ümumiləşdirərək əminliklə deyə bilərəm ki, sistemin cavanlaşdırılması dövlətin rəqabətqabiliyyətli olması üçün çox vacibdir. Ona görə də Azərbaycan siyasətinə yeni simaların gəlişi həm əhalinin, həm də dövlətin, şübhəsiz ki, xeyrinə olacaq", - deyə ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi