Bakı. 18 dekabr. REPORT.AZ/ "İran tərəfindən fövqəladə hərəkət olmasa, 2019-cu ildə neftin qiyməti artmayacaq. Ucuzlaşmaya gəlincə, OPEC+ formatı fəaliyyət göstərdiyi müddət ərzində neftin bir barelinin qiyməti 50 dollardan az olmayacaq".
Bu barədə Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun, Rusiya hökuməti nəzdində Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç "Report"a bildirib. Ekspertin fikrincə, məhz bu qiymət həddi ABŞ-dakı qeyri-ənənəvi neft hasilatçıları üçün daha əlverişlidir.
“Qiymətlər bundan daha az olsa, qısa müddətə olacaq, çünki Amerikadakı neft hasil edənlər və onlara kredit verənlər böyük zərər görər”, – ekspert deyib.
"ABŞ-da hasilat artımı köhnə OPEC mexanizminin baş verənləri tənzimləyə bilmədiyini, OPEC+ zərurətini üzə çıxarıb".
Stanislav MitraxoviçSenior expert at Russia's National Energy Security Fund and Institute of Finance under the government Stanislav Mitrakhovich
Neft bazarlarının 2018-ci ildəki vəziyyətini şərh edən rusiyalı ekspert, ümumiyyətlə, bu ilin həm neft hasilatçıları, həm də istehlakçılar üçün uğurlu keçdiyini söyləyib: “İlin I yarısında, xüsusilə yayda qiymətlər artırdı. Sonra azalma baş versə də, hasilatçıların əksəriyyəti üçün təhlükəli deyə biləcəyimiz həddə çatmadı. Əlbəttə ki, sırf daxili siyasətdəki səhvlər ucbatından indi çox müşkül vəziyyətə düşən Venesuela kimi ölkələr istisna olmaq şərtilə. Ümumi götürəndə, bu ilin mənzərəsini ABŞ-ın təsiri və bu təsirin müəyyən hədləri müəyyənləşdirib”.
Bu il ABŞ-ın neft hasilatına görə birinci yerə çıxdığını xatırladan S.Mitraxoviçin fikrincə, məhz ABŞ-da hasilat artımı köhnə OPEC mexanizminin baş verənləri tənzimləyə bilmədiyini, OPEC+ zərurətini üzə çıxarıb: “OPEC+ da planlarını dəyişməli oldu. OPEC+ ölkələri əvvəlcə Venesuela və İrandakı məsələlərə görə hasilatı artıra biləcəklərini hesab etsələr də, sonra yenə məhdudiyyət tətbiq etməli oldular. Amerika hasilatı artıranda da OPEC+ müvafiq addımlar atmalı oldu”.
Onun sözlərinə görə, 2018-ci il ABŞ təsirinin nə qədər böyük olsa da, müəyyən əndazəyə malik olduğunu da göstərdi: “ABŞ İran neftini idxal edən ölkələrlə qarşıdurmaya getmədi, aşkar güzəştlərə getdi. Rusiyaya qarşı sanksiyalar məsələsində də özlərini saxlamalı oldular”.
“ABŞ İran neftini idxal edən ölkələrlə qarşıdurmaya getmədi, aşkar güzəştlərə getdi. Rusiyaya qarşı sanksiyalar məsələsində də özlərini saxlamalı oldular”.
Stanislav MitraxoviçSenior expert at Russia's National Energy Security Fund and Institute of Finance under the government Stanislav Mitrakhovich
Gələn il üçün daha geniş proqnozlara gəlincə, ekspert bildirib ki, ABŞ-da hasilat artımı davam edəcək: "İranla ABŞ arasında ixtilaf daha da böyüsə, Fars körfəzindəki daşımaların böyük hissəsi təhlükəyə düşər, bu da İran əvəzinə neft satmaq istəyən ölkələrin xeyrinə olacaq.
“Məncə, Donald Tramp sanksiyaları (İrana qarşı) sərtləşdirməyəcək, çünki belədə ABŞ-ın eyni vaxtda çox sayda oyunçularla ziddiyyətləri əmələ gələr. Əgər ABŞ belə etsə, İran qeyzlənərək daha sərt hərəkətlərə, hətta Körfəzdə hərbi əməliyyatlara baş vura bilər. Belə olan halda Rusiya, Azərbaycan, Qazaxıstan, Norveç və digərləri kimi neft hasilatçısı ölkələr üçün əlverişli vəziyyət yaranacaq. Onlar İran neftinin yerini doldura biləcək”, – rusiyalı ekspert fikrini tamamlayıb.