Prezident
Bu barədə "Report"a rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan rəhbəri Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə dair MDB ölkələrinin liderlərinin ümumi fikrini ifadə edib: "Əlbəttə, Moskva Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı öz narazılığını bildirdi, lakin analitiklərə görə, bu reaksiya İrəvanda bu cür cəhdlərin qarşısını almaq baxımdan güclü deyil. Fikrimcə, Kreml İrəvanı öz strateji maraqları zonasında saxlamaq naminə ehtiyatlı davranır".
O xatırladıb ki, Aşqabadda qəbul edilən sənədlər arasında MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi də qeyd olunub: "Lakin bu muraciətə Ermənistan qoşulursa, dissonans yaranır. Necə ola bilər ki, bu müraciəti faşizmi müxtəlif bəhanələrlə təbliğ edən ölkə imzalasın: "guya, bu bizim qəhrəman Njdedir, siz ona toxunmayın". Düşünürəm ki, Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq".