“Report”: Yunanıstanda iqtisadi artım sürətlənəcək - ANALİTİKA

“Report”: Yunanıstanda iqtisadi artım sürətlənəcək - ANALİTİKA Ölkə iqtisadi böhrandan xilas üzrə 3 illik proqramı uğurla tamamlayıb
Analitika
21 Avqust , 2018 11:05
“Report”: Yunanıstanda iqtisadi artım sürətlənəcək - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Yunanıstanın iqtisadi böhrandan xilas üzrə 3 illik proqramı uğurla tamamlaması ilə ölkədə iqtisadi artım sürətlənəcək.

“Report”un analitik qrupu hesab edir ki, bu ilin yekununda Yunanıstanda ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin yekunu ilə müqayisədə 2,4% çox olacaq.

Xatırladaq ki, 2017-ci ildə Cənub-Şərqi Avropa ölkəsinin iqtisadiyyatı 1,7% böyümüşdü. İqtisadi artımın sürətlənməsi Yunanıstan üçün yenidən beynəlxalq maliyyə bazarlarından borc almaq imkanının yaranması, ölkədə böyük məbləğdə pul kütləsinin daxil olması ilə bağlı olacaq.

Bununla belə, Yunanıstanda əmək qabiliyyətli əhalinin nəzərəçarpacaq hissəsinin işsiz olması, ölkədən “beyin axını”, bankların verdiyi kreditlərin böyük hissəsinin “batması” kimi problemlər hələ qalmaqdadır. Yəni, ilkin müsbət dəyişikliklər hələ hər şeyin yaxşı olması demək deyil, yunan hökumətinin qarşısında gediləsi uzun bir yol var. 

Son xəbərlər

Orphus sistemi