Bakı. 25 dekabr. REPORT.AZ/ Bu ilin IV rübü neft fyuçersləri üçün uğursuz oldu.
“Report”un analitik qrupu bildirir ki, rüb ərzində aparıcı neft fyuçerslərinin predmeti olan “Brent” və WTI markaları, təxminən, 40% dəyər itkisi ilə üzləşdilər.
Ucuzlaşma müxtəlif səbəblərlə, o cümlədən dünya əmtəə bazarındakı geriləmə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması, Böyük Britaniyanın
Bundan başqa, neft bazarında həlledici rola malik ABŞ-da aktiv neft quyularının sayının rekord həddə çatması, İrana qarşı tətbiq edilmiş sanksiyaların gözləniləndən yumşaq olması, bir neçə ölkəyə İslam Respublikasından neft almağa icazə verilməsi “qara qızıl” bazarında təklifin tələbi üstələməsinə səbəb oldu. Son nəticədə neft fyuçerslərinin qiyməti azaldı.
Bu ayın əvvəlində isə Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olan və olmayan ölkələr görüşərək gündəlik neft hasilatının həcminin 1,2 mln. barel azaldılmasına qərar verdilər. Analitiklərin gözləntisi isə 1,4 mln. barel idi. Neft istehsalçılarının onlara olan “ümidləri” doğrultmaması, üstəlik Qətərin sözügedən görüş ərəfəsində OPEC-dən çıxması investorların narahatlığına səbəb oldu və neft bazarında ucuzlaşmanı stimullaşdırdı.
Qeyd edək ki, hasilatın azaldılması barədə dekabrda qəbul edilmiş qərar yanvarda qüvvəyə minəcək. Bazar iştirakçıları, çox güman ki, bu qərara reaksiya verəcəklər və neftin qiymətində müəyyən qədər artım olacağı istisna deyil.