"Report": Qlobal maliyyə bazarları FED rəhbərinin çıxışını gözləyir - ANALİTİKA

"Report": Qlobal maliyyə bazarları FED rəhbərinin çıxışını gözləyir - ANALİTİKA Cerom Pauel Qlobal Mərkəzi Bankların 2 günlük illik konfransında çıxış edəcək
Analitika
20 Avqust , 2018 10:33
Report: Qlobal maliyyə bazarları FED rəhbərinin çıxışını gözləyir - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel avqustun 24-də ölkənin Cakson Hol vadisində keçiriləcək Qlobal Mərkəzi Bankların 2 günlük illik konfransında çıxış edəcək.

“Report” xarici mətbuata istinadən bildirir ki, o, çıxışında dəyişən iqtisadiyyatda pul siyasəti haqqında danışacaq.

“Report”un analitik qrupu hesab edir ki, C.Pauelin açıqlamaları qlobal maliyyə bazarındakı mənzərəyə təsir edəcək. Adətən FED rəhbərləri bu kimi tədbirlərdə gələcək pul siyasətləri barədə bəyanatlar verirlər və investorlar bu bəyanatları ciddi siqnal kimi qəbul edirlər.

Bununla yanaşı, Qlobal Mərkəzi Bankların konfrasında ABŞ-Türkiyə siyasi gərginliyi, qonşu ölkədəki məzənnə böhrana da diqqət mərkəzində ola bilər. 

Son xəbərlər

Orphus sistemi