"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır Proqnoz: Bu ilin sonuna qədər "Brent" 50 dollar/bareldən baha olacaq
Analitika
26 Sentyabr , 2017 10:41
Report: Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Son günlər dünya neft bazarında qiymətlərdə müşahidə olunan yüksəliş müvəqqəti xarakter daşıyır. "Report"un analitik qrupu bildirir ki, bu gün "Brent" markalı neftin qiyməti qlobal xammal bazarında son 26 ayın maksimal həddinə çataraq 58,88 dollar/bareldən satılıb. Buna səbəb İraq Kürdüstanında keçirilən müstəqillik referendumu fonunda yaranan siyasi gərginlik olub. Həmçinin, Şimali Koreya ilə ABŞ arasında davam edən problem neftin qiymətinin artmasına müsbət təsir edib.

Analitik qrup neft qiymətlərinin 60 dollar/barel səviyyəsini müvəqqəti olaraq ötəcəyini, lakin daha sonra ABŞ-da aktiv neft quyularının sayının artması və hasilatın yüksəlməsi nəticəsində qiymətlərin tədricən geriləyəcəyini proqnozlaşdırır. 

"Yüksək qiymətlər ABŞ-da inflyasiyanın sürətlənməsinə səbəb olacaq və FED daha aqressiv formada uçot dərəcəsini artırmağa başlayacaq. Nəticədə, dolların məzənnəsi möhkəmlənməyə başlayaraq, qlobal maliyyə bazarlarında stress vəziyyəti yaradacaq. Bu da xammal qiymətlərinin, xüsusilə neft qiymətlərinin düşməsinə səbəb olacaq. Faizlərin artması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının yavaşlamasına, bu isə öz növbəsində neftə tələbatın düşməsinə gətirib çıxaracaq", - deyə Agentliyin ekspertləri vurğulayıblar. 

Analitik qrup 2017-ci ilin sonuna qədər "Brent" markalı neft qiymətlərinin 50 dollar/bareldən yuxarı satılacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi