“Report”: FED-in qərarı ən tez səhm bazarına təsir edib - ANALİTİKA

“Report”: FED-in qərarı ən tez səhm bazarına təsir edib - ANALİTİKA Müəssisələrin borc yükü arta, onların mənfəəti azala bilər
Analitika
14 İyun , 2018 12:21
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün uçot dərəcəsini 1,5-1,75%-dən 1,75%-2%-ə çatdırması qurumun 2018-ci ildə faiz artımı ilə bağlı 2-ci, 2015-ci ildən bəri isə 7-ci qərarıdır.

“Report”un analitik qrupu bildirir ki, qərarını qəbulunu vacib edən amillər ölkədə sənaye məhsullarının istehsal həcminin kəskin artması, işsizlik səviyyəsinin azalması və bütün bunların qiymət artımını stimullaşdırmasıdır.

Buna görə də, FED uçot dərəcəsini artırmaqla kreditləri, o cümlədən istehlak kreditlərini bahalaşdırmaq, iqtisadi artımı müəyyən qədər ləngitmək istəyir. Faiz artımı həm də ABŞ vətəndaşlarını pulu xərcləməkdən çox depozitə qoymağa sövq edəcək.

FED-in son qərarı ən tez səhm bazarına təsir göstərib. Bir neçə saat ərzində “S&P 500” indeksi 0,4%, “Dow Jones” indeksi 0,47%, “Nasdaq” indeksi isə 0,11% azalıb. Səbəb müəssisələrin borc yükünün artması və bunun onların mənfəətinə təsir edəcəyi ilə bağlı gözləntilərdir.

ABŞ-da illik faiz dərəcələrinin investorlar üçün daha əlverişli olması dolların dəyərini digər xarici valyutalar, o cümlədən inkişaf etməkdə olan ölkələrin milli valyutaları qarşısında artıra, həmin ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər. 

Son xəbərlər

Orphus sistemi