“Report”: Bu ay türk lirəsi bahalaşmaqda davam edəcək - ANALİTİKA

“Report”: Bu ay türk lirəsi bahalaşmaqda davam edəcək - ANALİTİKA Rus rublu isə, böyük ehtimalla, “yerində sayacaq”
Analitika
2 Noyabr , 2018 15:56
“Report”: Bu ay türk lirəsi bahalaşmaqda davam edəcək - ANALİTİKA

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı Türkiyədə milli valyutanın bahalaşması (o cümlədən ABŞ dolları qarşısında) ilə yadda qaldı.

“Report”un analitik qrupu bildirir ki, əgər ayın əvvəlində TRY/USD nisbəti 6,06 idisə, ayın sonunda 5,58-ə düşdü.

Aylıq azalma 0,48 lirə təşkil edib. Məlumdur ki, lirənin dəyər qazanması Türkiyənin valyuta ehtiyatlarının xərclənməsi deyil, ölkədə həyata keçirilən yeni iqtisadi proqram hesabına milli iqtisadiyyata inamın artması hesabına baş verir. Mövcud tendensiyanın davam etməsi şərti ilə bu ayın sonunda TRY/USD nisbətinin 5,1-ə düşəcəyəni proqnozlaşdırmaq olar.

Azərbaycanın digər qonşusu Rusiyada isə oktyarbda dollar cüzi bahalaşdı. Əgər ayın əvvəlində RUB/USD nisbəti 65,56 idisə, ayın sonunda 65,88 oldu.

Aylıq artım cəmi 0,22 rubl təşkil edib. Ümumiyyətlə isə, ötən ay Rusiyada dolların qiymətində ciddi dəyişiklik olmayıb və məzənnə 65-70 rubl arasında hərəkət edib. Sirr deyil ki, rublun dəyəri əsasən dünya bazarında neftin qiymətindən, daha dəqiq desək, “Urals” markalı “qara qızıl”ın hansı qiymətə satılmasından asılıdır. Hazırda qiymət hər barrel üçün 70-80 dollar civarındadır və bu, RUB/USD nisbətinin 65 səviyyəsindən çox kənarlaşmamasına imkan verir. Əgər ayın sonuna qədər neftin qiyməti 70 dollardan aşağı düşməzsə, Rusiyada Amerika valyutasının məzənnəsində ciddi artım olmayacaq və bu ehtimal kifayət qədər yüksəkdir. 

Son xəbərlər

Orphus sistemi