“Report”: Azərbaycanın bank sektorunun aktivləri bu ilin sonuna qədər 30 mlrd. manatı keçəcək - ANALİTİKA

“Report”: Azərbaycanın bank sektorunun aktivləri bu ilin sonuna qədər 30 mlrd. manatı keçəcək - ANALİTİKA Sektorun cəmi öhdəlikləri 26 mlrd. manata yaxın, cəmi kapitalı isə 4 mlrd. manatdan çox olacaq
Analitika
6 Noyabr , 2018 10:00
“Report”: Azərbaycanın bank sektorunun aktivləri bu ilin sonuna qədər 30 mlrd. manatı keçəcək - ANALİTİKA

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanın bank sektoru 2 aydır yenidən artım nümayiş etdirir.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin iyul ayında sektorun cəmi aktivləri 60,1 mln. manat kiçilsə də, avqust və sentyabr aylarında müvafiq olaraq 196,3 mln. manat və 1 074,8 mln. manat, yəni 2 ay ərzində 1 271,1 mln. manat böyüyüb və 29 201,8 mln. manata çatıb.

O cümlədən son 2 ayda bankların cəmi öhdəlikləri 1 090,7 mln. manat artaraq 25 089 mln. manat, cəmi kapitalı isə 180,4 mln. manat artaraq 4 112,8 mln. manat olub.

“Report”un analitik qrupu hesab edir ki, bu ilin sonuna qədər bank sektorunun aktivlərində yenidən azalmanın olması istisna deyil, amma ümumi tendensiya sektorun böyüməsi istiqamətində olacaq. 2018-ci ilin yekununda bankların cəmi aktivlərinin 30 mlrd. manatı keçməsi, o cümlədən cəmi öhdəliklərinin 26 mlrd. manata yaxın, cəmi kapitalının isə 4 mlrd. manatdan çox olması proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi