“Report”: ABŞ Çinin yüksək texnologiyaların istehsalı sahəsində sürətli inkişafından narahatdır - ANALİTİKA

“Report”: ABŞ Çinin yüksək texnologiyaların istehsalı sahəsində sürətli inkişafından narahatdır - ANALİTİKA Çinin bu sahədə öndə olduğunu ABŞ-da etiraf edirlər
Analitika
28 Sentyabr , 2018 10:49
“Report”: ABŞ Çinin yüksək texnologiyaların istehsalı sahəsində sürətli inkişafından narahatdır - ANALİTİKA
ABŞ prezidenti Donald Tramp / Getty Images

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ-la Çin arasında bir ilə yaxındır davam edən ticarət müharibəsi qlobal iqtisadi dairələrin əsas müzakirə mövzusu olaraq qalır. ABŞ sentyabrın 24-dən Çin istehsalı olan daha 200 mlrd. dollar dəyərində mala gömrük rüsumu tətbiq etməyi planlaşdırsa da, bu, hələlik baş verməyib. Bəlkə də rəsmi Vaşinqton Pekinin cavab addımları atacağından ehtiyatlanır.

“Report”un analitik qrupu hesab edir ki, ABŞ Çinin yüksək texnologiyaların istehsalı sahəsində sürətli inkişafından narahatdır.

Bunu okeanın o tayında açıq etiraf edirlər. Məsələn, Nyu-York Universitetinin professoru Arun Sundarajnda ötən həftə verdiyi açıqlamada bildirib ki, “Çin rəqəmsallaşmanın iqtisadiyyata inteqrasiyası sahəsində ABŞ-dan azə 5 il öndədir”.

Şərqi Asiya ölkəsi hətta daxildə texnoloji yeniliyi təşviq etmək üçün “Made in China 2025” adlı proqram həyata keçirməyi planlaşdırır. Proqram Çində telekommunikasiya avadanlıqlarının, robot texnologiyalarının istehsalının daha da genişlənməsini gətirib-çıxaracaq. Bu isə ABŞ-ın Çinə qarşı siyasətinin daha da sərtləşməsi ilə nəticələnəcək.

Hazırda Donald Tramp Administrasiyası Çinin ABŞ-ın texnologiya şirkətlərinə investisiya imkanlarını məhdudlaşdırmaq barədə düşünür. Çünki bu investisiyalar hesabına ABŞ-dan Çinə innovasiya axını baş verməkdədir. 

Son xəbərlər

Orphus sistemi