“Report”: ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatında artım tempini kəskin aşağı salacaq - ANALİTİKA

“Report”: ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatında artım tempini kəskin aşağı salacaq - ANALİTİKA Bu müharibədən təkcə iki ölkənin şirkətləri əziyyət çəkməyəcək
Analitika
9 İyul , 2018 15:59
“Report”: ABŞ-Çin ticarət müharibəsi dünya iqtisadiyyatında artım tempini kəskin aşağı salacaq - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ və Çin arasında qarşılıqlı şəkildə idxal rüsumlarının tətbiqi ilə müşaiyət olunan ticarət müharibəsi davam edir.

“Report”un analitik qrupu hesab edir ki, proseslər bu cür davam edərsə, bu iki ölkə ilə yanaşı, digər ölkələrin də şirkətləri əziyyət çəkəcək və 2020-ci ildə dünya iqtisadiyyatında artım tempi kəskin aşağı düşəcək.

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın siyasəti Çin iqtisadiyyatını zəiflətməyə hesablansa da, bu Çinlə biznes əlaqələri olan ABŞ şirkətlərinin işinə də mənfi təsir edəcək. Ekspertlərin hesablamalarına görə, Çində məhsul istehsalına çəkilən xərcin, təxminən, yarısı ABŞ-ın xidmət sektoruna yönəlir. Digər tərəfdən, Çində ərsəyə gətirilən bir çox texnoloji məhsullar dünya brendlərinə məxsusdur. ABŞ-ın Çin istehsalı olan mallara qarşı siyasətini sərtləşdirməsi həmin brendlərin də məhsul satışını zəiflədə bilər.

Çin hökuməti vəziyyətdən çıxış yolu kimi yenə də ölkənin milli valyutasının ucuzlaşdırılmasına gedə bilər. Bu addım ölkədə iqtisadi geriləmənin qarşısını müəyyən dərəcədə almaq üçün vacibdir və çox güman ki, yaxın aylarda yuanın devalvasiyasının şahidi olacağıq. 

Son xəbərlər

Orphus sistemi