“Report”: ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - ANALİTİKA

“Report”: ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - ANALİTİKA ABŞ-ın itirəcəkləri nisbətən azdır
Analitika
20 Sentyabr , 2018 10:24
“Report”: ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-la Çin arasında ticarət müharibəsinin miqyası genişlənməkdədir.

“Report”un analitik qrupu xatırladır ki, sentyabrın 24-dən ABŞ Çin istehsalı olan daha 200 mlrd. dollarlıq malın ölkəyə idxalına 10%-lik gömrük rüsumu tətbiq edəcək.

Bu göstərici gələn il yanvarın 1-dən 25%-ə yüksələcək. Əgər Çin tərəfi buna qarşı hansısa addımlar atarsa, ABŞ bütün Çin mallarını ölkəyə rüsumsuz buraxmayacaq ki, bu da hər iki ölkənin üzv olduğu Ümumdünya Ticarət Təşkilatının tarixində ən yüksək dəyəri olan qarşıdurma olacaq.

Bu qarşıdurma digər ölkələr üçün yaxşı inkişaf perspektivi yarada bilər. Amma ABŞ-la Çinin qarşılıqlı ticarətə son qoyacaqlarını düşünmək doğru olmazdı. Ən azı rəsmi Pekin əlaqələrin kəsilməsində maraqlı deyil. Çünki ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq və ABŞ daha yaxşı performans nümayiş etdirəcək. Görünür elə bu səbəbdəndir ki, Çinin dövlət başçısı Sİ Tsipin əvvəllər olduğu kimi, daha ticarət müharibəsi mövzusundan kənarda qalmır, əksinə baş verənlərin tənzimlənməsi prosesində yaxından iştirak edir.

Hazırda Çində ABŞ dollarının məzənnəsi 6,85 yuandır. Çox güman ki, Çin hökuməti ABŞ-la gərginlik fonunda CNY/USD nisbətinin 7-ni keçməməsi üçün tədbirlər görəcək və kəskin devalvasiyaya imkan verməyəcək. 

Son xəbərlər

Orphus sistemi