"Həqiqətən, münaqişə zonası ərazilərinin minalardan təmizlənməsi bahalı məsələdir, çünki bu əməliyyatı icra etmək üçün texnologiya və çox peşəkar personal lazımdır. Bilirsiniz ki, bu proses Azərbaycanda da gedir və Azərbaycan bunu öz hesabına həyata keçirir. Ermənistanın siyasi rəhbərliyində isə həmişə hər şeyi havayı eləmək kimi vərdişi var. Onlar hər zaman kənardan kömək ediləcəyinə bel bağlayırlar", - deyə politoloq Tofiq Abbasov "Report"a bildirib.
Onun sözlərinə görə, "pul dilənmək" vərdişi Ermənistan rəhbərliyinin siyasi mədəniyyətinin bir hissəsinə çevrilib, onlar hər zaman ağlayırlar, tərəfdaşlarının bəzi zəif nöqtələrinə təzyiq göstərməyə, lazımi vəsait əldə etmək üçün kömək istəməyə çalışırlar.
Ekspert Robert Koçaryan və Serj Sarqsyanın prezidentlik dövründən bəri Ermənistanda ölkəyə, o cümlədən Qarabağdakı separatçılara müxtəlif kanallar vasitəsilə daxil olan vəsaitləri talan etmək üzrə sabit və kölgə sxeminin qurulduğunu diqqətə çatdırıb.
Politoloq əlavə edib ki, Vaşinqtonun USAID xətti ilə maliyyə yardımı proqramından imtina etməsi siyasi deyil, daha çox iqtisadi motivasiya daşıyır. "Donald Tramp amerikalıların üçüncü ölkələrə bu və ya digər kanal vasitəsilə ayırdığı bütün vəsaitləri kəsir", - T.Abbasov deyib.
O qeyd edib ki, Yerevan bu gün xaricdən maliyyə yardımının, o cümlədən Qarabağdakı işğal olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün nəzərdə tutulan yardımın bərpa edilməsi barədə yox, "siyasi sahəni minalardan təmizləmək" barədə düşünməlidir.
"Bu - siyasi sahəni isə Ermənistanın özü minalayır. Onlar planlarını həyata keçirmək üçün layiqli format tapa bilmir, özləri işləyə bilmir və digər ölkələrin, xüsusən qonşuların mehriban qonşuluq, iqtisadi quruculuq, aktiv inteqrasiya siyasətini tam şəkildə həyata keçirmələrinə fəal şəkildə mane olur", - ekspert deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı ağıllandırmalı və Yerevanın Qarabağla bağlı danışıqlar formatına qayıda bilməsi və bu və ya digər dərəcədə aydın mövqe sərgilməsi üçün onun şıltaqlıq etməsinə imkan verməməlidir.
Ermənistan diasporunun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə rəsmi kanallar vasitəsi ilə maddi yardım ayrılmasını təmin edərək separatçı rejimə legitimlik vermək cəhdlərindən danışan T.Abbasov belə addımların keçmişdə də olduğunu xatırladıb.
"Pul dilənmək" vərdişi Ermənistan rəhbərliyinin siyasi mədəniyyətinin bir hissəsinə çevrilib
Tofiq AbbasovPolitoloq
"Bilirik ki, amerikalı konqresmenlər və senatorlar Ermənistan təşkilatlarının, onlar vasitəsilə isə separatçı Qarabağın maraqlarını fəal şəkildə dəstəkləyirlər. İstənilən yardım həmişə pis nəticələrə səbəb olur, çünki yaxşı şeylərə hamı, xüsusən də ermənilər tez öyrəşirlər. Mərhum Şarl Aznavurun məşhur fikrini xatırlatmaq istəyirəm. Serj Sarqsyanın vaxtında Ermənistandan kömək edilməsi üçün təkidlə xahişlər olan zaman o cavab vermişdi ki, özünüz də nə vaxtsa işləməyi, pul qazanmağı öyrənin, bəsdir bizdən kredit, yardım istədiniz. Ən dəhşətlisi odur ki, Ermənistan bütün bu vəsaiti sakitcə "yeyir" və əvəzində heç nə vermir. Ermənilərin özlərinin artıq işləməyi öyrənmələrinə dair heç bir əsas yoxdur", - politoloq vurğulayıb.
"Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan xaricdə hansısa ölkədə Ermənistanın özündə, Dağlıq Qarabağdakı vəziyyətlə maraqlanan erməni əsillli yerli biznesmenlərlə görüşüb. O, iş adamlarından təkidlə Ermənistan, hətta Dağlıq Qarabağ iqtisadiyyatına sərmayə qoymağı istəyirdi. Ona deyildi ki, hansısa şirkətə yox, qumar oyunları biznesinə sərmayə qoymağa hazırdırlar. Diqqət yetirin, qumar oyunları biznesi elə yerdir ki, hər zaman mənfəətinizi və pulunuzu geri götürə bilərsiniz. Başqa sözlə, Ermənistan iş adamlarında, hətta onlar xaricdə yaşayan ermənilər olsa belə, elə narahatlıq, elə qeyri-sabit, təhlükəli ölkə təsəvvürü yaradır ki, onlar ölkənin real sektoruna, ciddi texnoloji zəncirlərin inkişafına investisiya qoymaq istəmirlər", - T.Abbasov söyləyib.
Separatçılar Azərbaycan torpaqlardakı təbii sərvətləri talan etməklə, meşələrdə ağacları kəsməklə və işğal olunmuş ərazilərdə əkinçiliklə məşğul olmaqla acınacaqlı sosial vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar
İlqar VəlizadəПолитолог Ильгар Велизаде:
Öz növbəsində, digər ekspert İlqar Vəlizadə hesab edir ki, separatçılar bu gün işğal altındakı Azərbaycan ərazilərində əkinçilik üçün yararlı torpaqlarda iş görmək məqsədi güdürlər və bu halda ərazilərin minalardan təmizlənməsi üçün onlara pul lazımdır. "Bu səbəbdən də yardımın dayandırılmasından belə narazılıq edirlər", - o deyib.
Onun sözlərinə görə, separatçılar bu torpaqlardakı təbii sərvətləri talan etməklə, meşələrdə ağacları kəsməklə və Azərbaycanın işğal olunmuş ərazilərində əkinçiliklə məşğul olmaqla acınacaqlı sosial vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar, amma onların kifayət qədər insan ehtiyatı və maliyyə imkanları olmadığından kömək üçün ABŞ-a müraciət etməli olurlar.
"Separatçılar müstəqillik haqqında danışanda, çox güman, maksimum dərəcədə özünü təmin etməyi və ya bu müstəqillik hüququnu həyata keçirmək üçün kifayət qədər mənbələrin olmasını nəzərdə tuturlar. Ancaq daim kənardan pul istəmək və xarici donorlardan asılı olmaq ən azı iqtisadi müstəqilliyin olmadığını göstərir. Sözsüz ki, paradoksal vəziyyət yaranır: bir tərəfdən separatçılar müstəqillikdən dəm vururlar, digər tərəfdən isə belə pul dilənməklə xarici mənbələrdən asılı olduqlarını etiraf edirlər", - deyə İ.Vəlizadə fikrini yekunlaşdırıb.