Proqnoz: Neft 35 dollara kimi ucuzlaşa bilər

Proqnoz: Neft 35 dollara kimi ucuzlaşa bilər Lakin yay aylarında qiymətlərin 50 dollar/barel həddini keçəcəyi gözlənilir
Analitika
108
10 May , 2016 15:02
Proqnoz: Neft 35 dollara kimi ucuzlaşa bilər

Bakı. 10 may. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti 4 aylıq yüksəliş trendindən sonra bir qədər korreksiya həyata keçirərək 42 dollar/barel səviyyəsinə doğru geriləyir. 

"Report" xəbər verir ki, son 4 ay ərzində 21,4 dollar/barel və ya 79% yüksələn neft qiymətlərində korreksiya prosesi başlayıb. "Brent" markalı neft aprelin 25-də 48,5 dollar/barel səviyyəsindən geriləməyə başlayıb və hazırda xammal birjalarında qiymətlər bu səviyyədən 10% aşağıdır. Geriləməyə səbəb isə Alberta əyalətində (Kanadanın) meşə yanğınlarının səngiməsi və Səudiyyə Ərəbistanının yeni neft nazirinin hasilatı azaltmayacaqları barədə açıqlamaları olub.

"Report"un analitik qrupunun apardığı texniki təhlillər göstərir ki, "Brent" markalı neftin qiyməti 42 dollar/barel səviyyəsinə qədər korreksiya olunduqdan sonra yenidən yüksəlişə keçməsə, qiymət 35-37 dollar/barel diapazonuna qədər geriləyə bilər. Buna baxmayaraq, neft qiymətlərinin yay aylarında 50 dollar/barel həddini keçməsi ehtimal edilir. Bu ilin IV rübünə qədər orta qiymətin 40 dollar/bareldən yüksək olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi