Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycanın beynəlxalq arenada gözəl imici var. Ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın dünya səviyyəsində strateji əhəmiyyəti və cəlbediciliyi kimsə tərəfindən mübahisə edilmir".
Bunu "Report"a politoloq Mustafa Qurbanlı deyib.
"Bu gün iqtisadiyyatımızın uğuru ağır yükgötürmə qabiliyyətli tankerlərin tikintisindən, "Azerspace" telekommunikasiya peykinin buraxılmasından nəfis şərab istehsalına qədər uzanır. Qısa müddətdə iqtisadiyyatın qeyri-neft sektorunun ciddi inkişafına və karbohidrogenlərdən asılılığı azaltmağa nail olmuşuq. Yaradılmış şərait Azərbaycanda qeydiyyatdan keçmiş xarici şirkətlərin sayının 8000 hüquqi şəxsə qədər çatdırılmasına imkan yaradıb", - o bildirib.
Politoloqun sözlərinə görə, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın əsas kapitalına xarici investisiyaların həcmi 3,63 milyard dollar təşkil edib. Ümumiyyətlə, son 15 ildə isə Azərbaycanın iqtisadiyyatına 120 milyard dollaradək xarici investisiya qoyulub.
Azərbaycanın regionda oynadığı rol barədə danışan politoloq vurğulayıb ki, ölkə
"Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən ara-sıra tənqid olunmasının arxasında isə yalnız bir səbəb - onların sponsorlarının təzyiq göstərmək və ölkə rəhbərliyinin bu və ya digər qərarını dəyişdirmək arzusu dayanır. İri beynəlxalq oyunçular öz siyasi və iqtisadi məqsədlərini güdürlər. Dövlət başçısının ölkə və onun vətəndaşlarının maraqlarına cavab verən müstəqil siyasət yürütməsi onları razı salmır", - M.Qurbanlı qeyd edib.
Onun sözlərinə görə, dövlətlərin Azərbaycana olan inamından əlavə, beynəlxalq biznes də ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara dəstək verir: "2019-cu il üçün "Doing Business"ə baxsaq, Azərbaycanın 57-ci yerdən 32-ci sıraya qalxaraq 25 pillə irəlilədiyini görərik. Azərbaycan həmçinin yoxsulluq səviyyəsini 5%-ə qədər endirməyi bacaran dünyanın 29 ölkəsi sırasındadır. Prezident