Paşinyanın etirafı: Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir - ŞƏRH

Paşinyanın etirafı: Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir - ŞƏRH Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalır. Bunun bir sıra səbəbləri var: ölkənin müstəqillik haqqında konstitusiya aktı, mövcud Əsas Qanun, Fransa, Hindistan və İranla şəffaf olmayan hərbi sahədə əməkdaşlıq, Azərbaycanla sərhədyanı bölgəyə A
Analitika
29 Mart , 2024 15:50
Paşinyanın etirafı: Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir - ŞƏRH

Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi olaraq qalır. Bunun bir sıra səbəbləri var: ölkənin müstəqillik haqqında konstitusiya aktı, mövcud Əsas Qanun, Fransa, Hindistan və İranla şəffaf olmayan hərbi sahədə əməkdaşlıq, Azərbaycanla sərhədyanı bölgəyə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşdirilməsi, 8 kəndin hələ də işğal altında saxlanılması, Rusiya ilə aydın olmayan gərginliyin davam etməsi, rəsmi İrəvanın delmitasiya, demarkasiya və sülh sazişi ilə bağlı əməli addımlar atmaqdan daha çox bəlağətli açıqlamalar verməsi, Ermənistan ərazisində Azərbaycan dövlətinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən qüvvələrin cəzalandırılmaması, Türkiyəyə qarşı saxta iddialardan əl çəkilməməsi, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın şərtlərinə əməl edilməməsi, işğal dövründə minalanmış Azərbaycan torpaqlarının xəritəsinin rəsmi Bakıya təqdim olunmaması, ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin aprelin 5-nə planlaşdırılan görüşü və müzakirə ediləcək müəmmalı paktla bağlı açıqlamanın qaneedici olmaması və s.

Azərbaycan bu və digər istiqamətlər üzrə təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq normalara uyğun olaraq addımlar ata bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyi ilə bağlı martın 28-də hökumətin iclasında açıqlama verib. O bildirib ki, rəsmi İrəvan hər hansı mühacir “Dağlıq Qarabağ hökuməti"ni tanımır. Baş nazirin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibə verib. O deyib ki, “mühacirətdə olan Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir”.

Baş nazirin açıqlaması bir sıra suallar yaradır. Şahramanyan Ermənistan üçün hansı baxımdan təhlükə yaradır? O, dövlətin təhlükəsizliyi üçün təhdid mənbəyidirsə, niyə həbs edilmir? Bu, Nikol Paşinyanın ənənəvi erməni hiyləgərliyidir? Yaxud baş nazir ondan regional məsələlərə təsir vasitəsi olaraq alət kimi istifadə edir?

Samvelin bəhs etdiyi “qurum” Ermənistan dövləti tərəfindən heç vaxt tanınmayıb. Onu heç beynəlxalq ictimaiyyət də qəbul etməyib. Separatçılar və sakinlər Qarabağdan xaricə Ermənistan pasportu ilə səfər ediblər. Şahramanyanın imzaladığı "sənəd"in hər hansı hüququ qüvvəsi də yoxdur. Belə olan halda Ermənistan üçün separatçıların fəaliyyəti, açıqlamaları bu dövlətin bütövlüyünü təhdid edəcək. Ona görə də Samvelin açıqlaması erməni dövlətinin gələcəyinə zərbə vurur.

Nikol Paşinyan və dövlətin başqa rəsmiləri dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycandır. Belə olan halda Şahramanyan Ermənistan dövlətinin iradəsinə qarşı çıxış edir. Baş nazir isə bu təhlükəni zərərsizləşdirmir. Belə ehtimal etmək olar ki, o, Ermənistanda Rusiyanın himayə etdiyi Qarabağ qruplaşmasından ehtiyat etdiyi üçün Şahramanyanı həbs etmir. Çünki Qarabağdakı keçmiş qondarma xunta rejimini Rusiya yaradıb, özü də himayə edib. Robert Koçaryan, Serj Sarqsyanın vaxtilə Ermənistanda hakimiyyətə gətirilməsi də bunu təsdiqləyir. Sonrakı illərdə Qukasyan, Saakyan, Arutyunyan və Şahramyanın separatçılara "başçı" təyin olunması da onların bir patronunun olduğunu deməyə əsas verir.

Robert Köçəryan
Robert Köçəryan

Digərləri neytrallaşdığından, yaxud ifşa olunduğundan Samveldən Paşinyana və komandasına qarşı təzyiq elementi kimi də istifadə edilə bilər. Ermənistanda qruplaşmanın sosial bazasının olduğuna güvənərək ondan rəsmi İrəvana qarşı dəyənək kimi yararlana bilərlər. Belə çıxır ki, hüquq-mühafizə orqanları radikal addım atacaqları halda Moskvadan İrəvana qarşı yeni təzyiq alətinin yarana biləcəyindən ehtiyat edirlər. Paşinyanın məsələ ilə bağlı etirafı həmin mənbənin neytrallaşdırılması üçün çox böyük əsas verir. Bununla belə həbslə bağlı qərarın geçikməsi baş nazirin açıqlamasında səmimi olmadığını ehtimal etməyə də əsas verir. Çünki Şahramanyanın belə açıqlama verməsini istəyənlər, yaxud onu bu istiqamətə yönəldənlər də yox deyil. Bu halda Samveldən Rusiya, Fransa, ABŞ və başqaları istifadə etmək istəyər. Onda Paşinyan da regional, o cümlədən Azərbaycanla danışıqlarda Şahramanyan alətindən yararlanar.

Beləliklə, Azərbaycanla Ermənistan arasında danışıqlar mövzusuna daha biri əlavə oluna bilər - Şahramanyan dövlət üçün təhlükə mənbəyidirsə, niyə zərərsizləşdirilmir?

Son xəbərlər

Orphus sistemi