Parisin Cənubi Qafqazda təxribat planı - Makronun “humanitar yardım” oyunbazlığı - ŞƏRH

Parisin Cənubi Qafqazda təxribat planı - Makronun “humanitar yardım” oyunbazlığı - ŞƏRH Makron ölkəsinin milli maraqları qurban vermkdə ittiham olunur - ŞƏRH
Analitika
28 Avqust , 2023 16:53
Parisin Cənubi Qafqazda təxribat planı  - Makronun “humanitar yardım” oyunbazlığı - ŞƏRH

BMT Təhlükəsizlik Şurasında son uğursuzluq da Fransa üçün dərs olmayıb. Paris şuraya “Laçın yolu” ilə bağlı növbəti qətnamə layihəsi təqdim etmək, eyni zamanda paytaxt da daxil olmaqla Fransanın iri regionlarından Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərə humanitar yardımlar göndərmək adı altında təxribatlara hazırlaşır.

Son hadisələr də onu göstərir ki, Fransa prezidenti Emmanuel Makron və dəstəkçilərinin riyakarlığının və ikiüzlülüyün həddi-hüdudu yoxdur. BMT TŞ-nin vaxtilə Ermənistan barəsində çıxardığı qətnamələri qulaq ardına vuran dövlət, indi BMT-dən erməni vassalına kömək göstərilməsini umur. Hədəfi bəllidir - regionda gərginliyin saxlanılması və təxribat yaratmaq.

BMT TŞ-yə Qarabağda yaşayan erməniəsilli sakinlərə “humanitar” yardım göndərilməsi ilə bağlı qətnamənin təqdim edilməsi təşəbbüsünün arxasında E.Makron dayanır. Bəs onun bu oyunbazlığının məqsədi nədir? Sözsüz ki, onu bu addımı atmağa vadar edən amil daxili və xarici siyasətdə yaşanan problemlərdir.

Belə problemlərdən birincisi, keçmiş müstəmləkələrdə yaşananlardır. Məsələn, ötən bazar günü Nigerdə fransız qüvvələrinin yerləşməsinə etiraz olaraq aksiyalar start götürüb. Aksiyalar paytaxt Niameydəki fransız hərbi bazasının yaxınlığında baş tutub. Nümayişlərdə “biz istəyirik ki, Fransa öz əşyalarını götürüb getsin” şüarları əsas tələb kimi səslənib. Onların sözlərinə görə, Niger təbii resurslarından özü yararlana bilər. Nigerdə baş verənlər tək bir ölkədə yaşanan gərginlikdir.

İkincisi, ölkə daxilində cərəyan edən proseslərdir. Əlcəzairəsilli miqrantın polis tərəfindən öldürülməsindən sonra səngiyən etirazlar yenidən baş qaldırıb. Bu dəfə isə tələblər hakimiyyətin hazırladığı yeni qanun layihəsidir. Həmin layihəni ortaya atmaqla hədəf miqrantların ölkəyə axının qarşısını almaqdır. Yüzlərlə əcnəbi Paris küçələrinə çıxaraq yaşamaq hüquqlarının qorunmasını tələb edib.

Statistika üzrə Milli Agentliyin məlumatına görə, ölkədə 7 mln. əcnəbi yaşayır ki, bu da Fransa əhalisinin 10 faizini təşkil edir. Fransa hakimiyyət orqanları miqrasiyanın qarşısının alınması və qaydaları sərtləşdirməyi planlaşdırır. Makron hakimiyyətinin tələblərinə nəzər salaq – fransız dilindən məcburi imtahan verilməsi, ölkədən çıxarılma prosedurunun azanlaşdırılması və bununla da miqrasiya prosesinin mürəkkəbləşdirilməsi. Bu layihə tək miqrantları deyil, hüquq-müdafiə təşkilatlarını da özündən çıxarıb. Sonuncuların nümayəndəsi Məhəmməd Əsaid bildirib ki, bu 33 ildə 30-cu qanun layihəsidir, ediləcək dəyişikliklər artıq özlərinə yer edən insanların deportasiya edilmələrini əlçatan edəcək. Miqrantlar hesab edir ki, onların vəziyyəti çox ağırdır. Bu yaxınlarda Makron bəyan etmişdi ki, miqrantların sayı xeyli azaldılacaq və bu bəyanatının ardınca da, adıçəkilən düzəlişlər ortaya çıxıb. Çox güman ki, dövlət başçısı bununla da, əlcəzairli miqrantın öldürülməsindən sonra küçələrə çıxan etirazçılardan qisas almaq istəyir.

Etirazların sırasına E.Makronun Fransanın maraqlarını qurban verməkdə ittihamlara da rast gəlmək mümkündür. Məsələn, Fransa “Vətənpərvərlər” Partiyasını lideri Florian Fipippo tərəfindən bu ittiham səslənib: "Ölkəmiz, gənclərimiz ideoloji çılğınlığa qurban verilib! Bəsdir!". Siyasətçi izah edib ki, Paris adi vətəndaşların problemləri ilə maraqlanmır, məsələn, tələbələr uzun müddətdir ki, mənzil çatışmazlığından şikayətlənir. Bununla belə, Makron Kiyevə getdikcə daha çox yeni nağd tranşlar elan edir.

Beləliklə də, Makron hökuməti ölkəsi üçün ağır xarici və daxili gərginliklər fonunda yenidən üzünü Cənubi Qafqaza tutur. Bir qrup erməni diasporasının sədəqəsinə möhtac qalan Makron bu məsuliyyətsiz addımı ilə onlara xoş gəlməyə çalışır. Lakin ümid etmək olar ki, BMT TŞ-da son uğursuzluq kimi, bu təşəbbüsü də alınmayacaq. Rəsmi Bakının tutduğu mövqe də bunu real edir. Prezident İlham Əliyev Laçın Şəhər günü ilə bağlı keçirilən tədbirdə Paris və onun havadarlarına tutarlı formada cavab verib. Ölkə Prezidenti bəyan edib ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Aparılan kampaniyalar çirkin təbliğat Azərbaycanı yolundan döndərə bilməz. Dövlət başçısı Azərbaycana qarşı edilən təzyiqlər və hədə qorxuların bu gün də davam etdiyini vurğulayıb. “Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev
İlham Əliyev

E.Makron və onunla həmfikir olan komandası sadəcə real vəziyyəti qiymətləndirmək imkanlarını itiriblər, desək, yanılmarıq. Ona görə də mümkün qədər erməni lobbisindən yararlanmaq, daha çox maliyyə qazanmağa çalışırlar. Uzunmüddətli deyil, qısamüddətli perspektivə əsaslanan hədəflər əsas götürülür. Anlamaq istəmirlər ki, bu cür çirkin kampaniya ilə Azərbaycanla münasibətlərin daha da pisləşməsinə səbəb olmaqla yanaşı, buradakı kommunikasiyaların imkanlarından məhrum ola bilərlər.

Planetin müxtəlif ölkələrində separatizmi dəstəkləməklə hesab edilir ki, bu siyasət onlara təsirsiz ötüşəcək. Lakin yanılırlar. Heç olmazsa, keçmiş müstəmləkələrində baş qaldıran antifransız aksiyalara nəzər salsınlar. Etirazlar məhz E.Makronun hakimiyyəti illərində özünün ən gərgin nöqtəsinə çatıb. Bakıda keçirilən Qoşulmama Hərəkatının iclasında keçmiş müstəmləkələrin nümayəndələri Fransanı hədəfə alaraq onu sərt tənqid ediblər. Hətta Fransa müstəmləkəçi, irqçi siyasətinə qarşı Bakı Təşəbbüs qrupu da təsis edilib.

Erməni maraqlarının qızğın müdafiəçisi, onun əsas hərəkətverici qüvvəsinə çevrilən Parisin yeni təxribatçı planı da uğursuzluğa düçar olacaq. Hətta belə bir qəbul edələrsə belə, bu Bakının mövqeyində hər hansı bir dəyişikliyə səbəb olmayacaq. Makron və komandası istədiyi qədər yük göndərə, müxtəlif beynəlxalq təşkilatlarda təşəbbüslər qaldıra bilər. Lakin bütün cəhdlər uyğursuzluqla nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi