OPEC+ anlaşması ləğv oluna bilər

OPEC+ anlaşması ləğv oluna bilər "Report": Neft qiymətləri 50 dollar həddini keçdikdən sonra, yenidən azala bilər
Analitika
21 İyul , 2017 12:03
OPEC+ anlaşması ləğv oluna bilər
ALEXANDER KLEIN/AFP/Getty Images

Bakı. 21 iyul. REPORT.AZ/ OPEC və ona üzv olmayan ölkələrin neft nazirlərinin iyulun 24-də Sankt-Peterburqda (Rusiya) keçiriləcək Monitorinq Komitəsinin iclası böyük əhəmiyyət daşıyır. "Report" xəbər verir ki, OPEC 30 noyabr Vyana anlaşmasının fiaskoya uğradığını artıq anlayır. Qlobal neft ehtiyatları azalmır, anlaşmada istisna təşkil edən Liviya və Nigeriya, həmçinin ABŞ-da şist neft hasilatı isə artmağa davam edir.

OPEC hazırda ABŞ şist neft hasilatçılarına təsir edə bilmir, lakin Liviya və Nigeriyaya təsir imkanı çətin də olsa qalır. Lakin ən əsası odur ki, Liviya və Nigeriya hasilatını məhdudlaşdıracağı təqdirdə belə, qiymətlər yüksələcək və bu zaman da ABŞ hasilatı daha da artıracaq. Yəni, neft bazarında vəziyyət kritik həddə çatıb. Həmçinin bildirmək lazımdır ki, Liviya və Nigeriyanı da razı salmaq çətin məsələdir. Bu iki ölkə daxili problemlər səbəbindən kəskin maliyyə ehtiyacı ilə üzləşib. Həmçinin, Ekvador və Qazaxıstanın hasilat kvotalarına riayət etməməsi OPEC+ anlaşmasının gələcəyi üçün təhlükə yaradıb. Belə ki,  bu ölkələrin hasilatı artırması digər ölkələri də belə bir addım atmağa sövq edə bilər. Bu halda OPEC+ anlaşması ləğv ediləcək və qiymətlərin 20 dollar/barelə qədər düşməsi ehtimalı yaranacaq.

"Report"un analitik qrupu bildirir ki, sammitdə Liviya və Nigeriyanın anlaşmaya qoşulması qərara alınarsa, neft qiymətlərinin qısa müddətdə 50 dollar/bareli keçdikdən sonra yenidən 45 dollar/barel səviyyəsinə qayıdacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi